Bu səhər Moskvada 130-dan çox reys ləğv edilib
- 07:34-ə olan məlumata görə, Vnukovo hava limanında 5 reys gecikib, 54-ü ləğv edilib. Domodedovo-da 8 reys gecikib, 8-i ləğv edilib. Şeremetyevoda isə 12 reys gecikib, 50-si ləğv edilib.
Çərşənbə günü ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı yeni sanksiyalar olaraq ölkənin hava məkanını rus təyyarələri üçün bağladığını bəyan edib. Qadağa Rusiyada qeydiyyatdan keçmiş bütün təyyarələrə, o cümlədən çarter təyyarələrinə şamil edilir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


