Ukraynada Rusiyanın 9 mindən çox hərbçisi ölüb

   Ukraynada Rusiyanın 9 mindən çox hərbçisi ölüb
  04 Mart 2022    Oxunub:1625
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin itirdiyi qüvvələrin yeni sayını açıqlayıb.
AzVision.az xəbər verir ki, indiyədək Ukraynada 9 166 rus hərbçisi zərərsizləşdirilib, 251 nəfər əsir götürülüb.

Bundan başqa, işğalçı qüvvələrin 33 təyyarə, 37 helikopter, 251 tank, 939 zirehli döyüş maşını, 105 artilleriya qurğusu, 18 hava hücumundan müdafiə sistemi, 50 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 3 PUA, 2 qayıq, 404 avtomobil texnikası məhv edilib.

AzVision.az



Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti