Rusiyada ordu ilə bağlı saxta məlumat yayanlar həbs ediləcək
- Dövlət Duması Rusiya ordusunu gözdən salan, Rusiyaya qarşı sanksiyaların tətbiqinə dair saxta məlumatlara görə cinayət cəzası və böyük miqdarda cərimələri nəzərdə tutan qanun layihəsini qəbul edib.
Bununla da Rusiya Federasiyasının Cinayət və Cinayət Prosessual məcəllələrinə dəyişikliklər edilir. Bundan sonra Rusiya Silahlı Qüvvələrinin hərəkətləri haqqında bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına görə 700 mindən 1,5 milyon rubla qədər və ya əmək haqqı məbləğində cərimə nəzərdə tutulur. Habelə eyni əməl 18 ayadək müddətə məhkumluq, və ya bir ilədək müddətə islah işləri, üç ilədək müddətə məcburi əmək, yaxud da eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, - məqalədə yazılıb
Tural Tağıyev
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


