"Intel" Rusiya və Belarusa məhsul tədarükünü dayandırır

      "Intel"    Rusiya və Belarusa məhsul tədarükünü dayandırır
  04 Mart 2022    Oxunub:1266
Amerikanın məşhur “Intel” şirkəti Ukraynada davam edən müharibəyə görə Rusiya və Belarusdakı müştərilərinə məhsulların tədarükünü dayandırır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

- "Intel" Rusiyanın Ukraynaya təcavüzünü pisləyir və Rusiya ilə Belarusdakı müştərilərə bütün çatdırılmaları dayandırdıq... Biz bu çətin vəziyyətdə bütün əməkdaşlarımıza, xüsusən də regionla güclü əlaqələri olanlara dəstək olmağa çalışırıq, - şirkətin məlumatında deyilir.

Xatırladaq ki, son günlər bir sıra dünya brendləri və məşhur şirkətlər də oxşar addımlar atıblar.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti