Rusiya Ukraynada 1800-dən çox hərbi obyekti vurub

   Rusiya Ukraynada    1800-dən çox    hərbi obyekti vurub
  04 Mart 2022    Oxunub:1400
Rusiya Ukraynada vurduğu hərbi obyektlərin sayını açıqlayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə verdiyi açıqlamada deyib ki, Rusiya silahlı qüvvələri xüsusi hərbi əməliyyatlar başlayandan bəri Ukraynanın 1800-dən çox hərbi obyektini məhv edib.
- Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynanın hərbi infrastrukturuna zərbələr endirməkdə davam edir. Əməliyyat zamanı ümumilikdə 1812 obyekt vurulub. O cümlədən Ukrayna Silahlı Qüvvələrinin 65 komanda məntəqəsi və rabitə mərkəzi, 56 zenit raket kompleksi olan S-300, Buk M-1 və “Osa” sistemləri, 59 radar stansiyası məhv edilib, - general deyib.
Ukraynada Rusiyanın 9 mindən çox hərbçisi ölüb

O, həmçinin qeyd edib ki, yerdə Ukrayna Silahlı Qüvvələrinin 49, havada isə 13 təyyarəsi vurulub. 635 tank və digər zirehli döyüş texnikası, 67 reaktiv yaylım atəşi sistemi, 252 səhra artilleriya və minaatan, 442 ədəd xüsusi təyinatlı hərbi texnika, o cümlədən 54 pilotsuz uçuş aparatı vurulan hərbi texnikalar siyahısındadır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti