Çerniqovda raketlə vurulan binadan 47 cəsəd çıxarılıb

   Çerniqovda raketlə vurulan binadan    47 cəsəd    çıxarılıb
  04 Mart 2022    Oxunub:1372
Martın 3-də Çerniqovun raket atəşinə tutulması nəticəsində ölənlərin sayı açıqlanıb. AzVision.az xəbər verir ki, Ukrayna mediası Rusiya aviasiyasının endirdiyi bombaların yaşayış binalarına düşməsindən sonra 47 nəfərin həlak olduğunu yazıb.
- Çerniqov vilayəti administrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, "Tibb müəssisələrinin yenilənmiş məlumatına əsasən, dünən Rusiya aviasiyasının Çerniqov ərazisini bombalaması nəticəsində 47 nəfər - 38 kişi və 9 qadın həlak olub. 18 nəfər isə xilas edilib".
Çerniqovda binalar raket atəşinə tutulub - FOTOLAR+VİDEO

Xatırladaq ki, martın 3-də Çerniqovda yaşayış məntəqəsinə raket zərbəsi endirilmişdi. Dünən axşam saatlarına yayılan məlumatda dağıntılar altından 30-a yaxın cəsədin qaldığı bildirilirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Cəsəd  



Xəbər lenti