- Kuleba hesab edir ki, Rusiya Suriyanı məhv etdiyi kimi Ukraynanı da eyni taktika ilə məhv etməyə çalışır, lakin buna yol vermək olmaz.
O, "Dövlətimiz döyüşməyə hazırdır, biz rus işğalına qarşı mübarizəmizi davam etdiririk, lakin Rusiyanın havadakı hücumlarını dəf etmək üçün bizə təcili yardım lazımdır. Əgər bunu etməsəniz, Ukraynada mülki əhalinin həyatı və xəsarətlərinə görə məsuliyyəti bölüşməli olacaqsınız. Hansılar ki, Rusiya təyyarələrinin raket hücumları nəticəsində öldürülürlər" deyib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski də NATO-ya çağırış edərək alyansdan döyüş təyyarələri göndərməyi xahiş etmişdi. O, “Əgər səmanı bağlamağa gücünüz yoxdursa, mənə təyyarə verin” demişdi.
Tural Tağıyev
AzVision.az