Monteneqro Rusiya diplomatını ölkədən qovur

   Monteneqro Rusiya diplomatını  ölkədən qovur
  04 Mart 2022    Oxunub:1257
Monteneqronun Xarici İşlər Nazirliyi rus diplomatı persona non-qrata elan edib, o, 72 saat ərzində ölkəni tərk etməlidir.
AzVision.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

"Monteneqronun Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Monteneqroda akkreditə olunmuş səfirliyinin diplomatını persona non qrata elan edib. Ölkəni tərk etmək üçün 72 saat vaxt verən bu qərarla bağlı nota bu gün Rusiya Federasiyasının səfirinə təqdim edilib”, - məlumatda deyilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Monteneqro  



Xəbər lenti