"Neftçi"nin hakimi təhqir edən futbolçusuna ağır cəza

Belə qərar verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci Divizionun 16-cı turunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir. O, bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb. Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
AzVision.az
Teqlər: hakim