Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb - FOTOLAR

   Lvovda soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb -    FOTOLAR
  04 Mart 2022    Oxunub:1712
Ukraynanın döyüş gedən şəhərlərindən Lvov şəhərinə gələn soydaşlarımız üçün səyyar qida məntəqələri yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, Lvov Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov bildirib ki, bu məntəqələrdə azərbaycanlıların zəruri qida ehtiyacları ödənilir. Daha sonra isə soydaşlarımız avtobuslarla Ukrayna-Polşa sərhədinə yola salınır

Azərbaycan hökumətinin tapşırığı ilə Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.







AzVision.az


Teqlər:



Xəbər lenti