Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundunun vaxtı açıqlandı

      Ukrayna və Rusiya arasında danışıqların üçüncü raundunun vaxtı açıqlandı
  04 Mart 2022    Oxunub:1931
Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu martın 5-də və ya 6-da baş tuta bilər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Podolyak izah edib ki, danışıqlar Belarusda gedir, çünki Rusiya tərəfi hər hansı digər vasitəçilikdən imtina edir.

“Ola bilsin, sonradan başqa ölkə olacaq... – Türkiyə və ya Macarıstan, ya da məsələn, Polşa... ona görə ki, Belarus bizim şəhərlərimizə hücum etmək üçün tramplin kimi istifadə olunur".

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti