"Zelenski qaçmayıb, xalqının yanındadır" - Ukraynadan açıqlama

   "Zelenski qaçmayıb, xalqının yanındadır" -    Ukraynadan açıqlama
  04 Mart 2022    Oxunub:1171
"Rus işğalçıları Xerson vilayətində informasiya müharibəsi aparmağa davam edirlər. Bu dəfə onlar prezident Vladimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxtakarlığa əl atıblar. Bu məlumat həqiqətə uyğun deyil".
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Xüsusi Rabitə Xidmətindən məlumat verilib.

"Bu doğru deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza hər cür şəkildə çatdırın", - mesajda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti