“Türkiyə hava məkanını Rusiyaya bağlamayacaq” - Çavuşoğlu
Çavuşoğlu daha sonra qeyd edib ki, Ankara Moskva ilə Türkiyə vətəndaşlarının bir hissəsinin Ukraynadan Rusiya ərazisi vasitəsilə təxliyəsi məsələsini müzakirə edir.
Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.
"Şərtlər imkan verərsə, Antalyada (11-13 mart) Diplomatik Forum çərçivəsində Lavrov və Kuleba arasında görüş təşkil etməyə hazırıq", - nazir bildirib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


