"Yüz nəfərlik bölükdən dörd nəfər sağ qalıb" - Rusiyalı siyasətçidən etiraf

   "Yüz nəfərlik bölükdən dörd nəfər sağ qalıb" -    Rusiyalı siyasətçidən etiraf
  04 Mart 2022    Oxunub:1614
Rusiyalı senator və siyasətçi Lyudmila Narusova Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin iclasında Ukraynadakı rusiyalı çağırışçılardan danışıb. AzVision.az xəbər verir ki, bununla bağlı Video Federasiya Şurasının YouTube kanalında yerləşdirilib.
"“Dünən Ukraynada çağırışçılar döyüş bölgəsindən çıxarılıb. Onlar müqavilə bağlamağa məcbur olublar və ya onların yerinə imza atıblar. Ancaq sonda yüz nəfərlik bir bölükdən dördü sağ qalıb",- siyasətçi deyib.

O, həmçinin qeyd edib ki, bu məlumatı təsdiqləmək xahişi ilə hərbi idarəyə müraciət edib, lakin ona rədd cavabı verilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti