Blinken: "Müharibə tezliklə bitməyə bilər, Putinə təzyiq edilməlidir"

      Blinken:   "Müharibə tezliklə bitməyə bilər, Putinə təzyiq edilməlidir"
  04 Mart 2022    Oxunub:2660
"Rusiyanın Ukraynaya qarşı müharibəsi yəqin ki, tezliklə bitməyəcək. Ona görə də biz Rusiya prezidenti Vladimir Putinə təzyiqləri davam etdirməliyik ".
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə mətbuat konfransında deyib.

“Təəssüf ki, bu tezliklə bitməyə bilər. Ona görə də birlikdə etdiyimiz bu səyləri dəstəkləməliyik. Biz onlara arxalanmalıyıq. Biz məsələnin mahiyyətinə varmalıyıq”, - Blinken bildirib.

Dövlət katibi vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinə qarşı yönəlmiş səylər davam etdirilməlidir.

"Biz bunu dayanana qədər, müharibə bitənə qədər dəstəkləməliyik. Rusiya qüvvələri gedəcək, Ukrayna xalqı isə öz müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Biz bunu etməkdə qərarlıyıq", - Blinken vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti