Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb

Rusiyada feysbuk sosial şəbəkəsinə giriş bloklanıb
  04 Mart 2022    Oxunub:2086
"Roskomnadzor" Rusiya mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq Facebook-u Rusiyada bloklamaq qərarına gəlib. Bu barədə onun saytında məlumat verilib.
Qeyd edilib ki, 2020-ci ilin oktyabr ayından Rusiyada mediaya qarşı 26 ayrı-seçkilik faktı qeydə alınıb.

“Son günlər bəzi media orqanlarının sosial şəbəkə hesablarına girişi məhdudlaşdırılıb.

Bu sırada “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, Sputnik, Russia Today, Lenta.ru və Gazeta.ru informasiya resursları var”, - hesabatda deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti