Rusiya Trostyanetsi ələ keçirdi: Şəhər talan edilir

 Rusiya Trostyanetsi ələ keçirdi:    Şəhər talan edilir
  05 Mart 2022    Oxunub:1499
Rusiya hərbçiləri Sumı vilayətinin Trostyanets şəhərinə nəzarəti ələ keçirib. AzVision.az xəbər verir ki, bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.
Onun sözlərinə görə, hazırda təcili yardım yarımstansiyasına rus ordusu nəzarət edir.

"Onlar həkimlərin çağırışa getməsinə icazə vermirlər. Yalnız fövqəladə hallarda uşaqlara görə icazə verilir. Həkimlərə xəbərdarlıq edilib ki, özləri getsələr, güllələnəcəklər. Başqa yaşayış məntəqələrindən təcili yardım maşınını buraxmırlar", - Jivitski bildirib.

O, həmçinin qeyd edib ki, yerli sakinlər ərzaq və digər malları ala bilmirlər.

Jivitski yazır: "Bütün mağazalar talan edilib, şəhərdə daim axtarışlar aparılır və snayperlər işləyir. Həmçinin əhaliyə kömək etmək üçün şəhərə girmək imkanı yoxdur".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti