Azərbaycandan Rusiyaya pomidor ixracı bərpa edilir

   Azərbaycandan Rusiyaya pomidor ixracı bərpa edilir
  05 Mart 2022    Oxunub:1936
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") martın 5-dən əvvəllər tətbiq edilmiş məhdudiyyətləri ləğv edərək, istehsal müəssisələrinə qoyulan məhdudiyyətləri nəzərə almadan 9 ölkədən Rusiyaya tərəvəz məhsullarının idxalını bərpa edir.
AzVision.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məkumat yayıb.

Azərbaycanla yanaşı Ermənistana (pomidor), Belarusa (pomidor və bibər), Qazaxıstan (pomidor və bibər), Misirə (kartof), Qırğızıstana (pomidor və bibər), Türkiyəyə (pomidor, bibər, balqabaq və badımcan), Türkmənistana (pomidor və bibər) və Özbəkistana (pomidor və bibər) idxal edib icazə verilib.

AzVision.az


Teqlər: Pomidor  



Xəbər lenti