Rusiyanın bank kartları ancaq 7 ölkədə qəbul ediləcək - SİYAHI
Eyni zamanda, VISA və MasterCard kartları ilə transsərhəd əməliyyatlar həyata keçirilməyəcək. Bu həm xarici onlayn mağazalarda alış-verişin ödənişinə, həm də bu kartlardan xaricdə istifadəyə aiddir.
Rusiya Mərkəzi Bankı ölkə vətəndaşlarına xaricə nağd pul götürməyi tövsiyə edir, çünki yerli sistemin kartları yalnız 7 ölkədə: Türkiyə, Vyetnam, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, qondarma Cənubi Osetiya və Abxaziyada qəbul ediləcək.
Həmçinin, Rusiya Federasiyasının vətəndaşlarına xaricdə nağd pul çıxarmaq üçün Mir-UnionPay əmtəə nişanlı kartı təqdim etmək təklif olunur.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: Rusiya







Vaxtında, Aydın, Lazımlı!


