"Qərb siyasətçiləri insanlığın bütün sərhədlərini aşıblar"- Belarus parlamenti

   "Qərb siyasətçiləri insanlığın bütün sərhədlərini aşıblar"-    Belarus parlamenti
  05 Mart 2022    Oxunub:1388
Belarus Qərb siyasətçiləri və parlamentarilərini bu ölkəyə qarşı arzuolunmaz siyasət həyata keçirməyi dayandırmağa çağırıb.AzVision.azxəbər verir ki, bu barədə Belarus parlamentinin Qərbin humanist norma və prinsipləri pozması ilə bağlı bəyanatında deyilir.
- Qərb mərhəmət və ədalətin humanist normalarını açıq şəkildə pozaraq, suveren dövlətə - Belarus Respublikasına qarşı qanunsuz, əsassız sanksiya təzyiqi siyasətini davam etdirir, - bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, Qərb siyasətçiləri öz hərəkətləri ilə “ağıl və məsuliyyət hissini itirərək insanlığın bütün sərhədlərini keçiblər”.

- Xüsusilə də Belarus idmançıları zərbə altında qaldılar. Onlar yarışlardan, dövlət bayrağı altında yarışmaq imkanından məhrum edildilər. Biz Qərb siyasətçilərini və parlamentarilərini dayanmağa və fikirlərini dəyişməyə, Belarusa, belarus xalqına qarşı ehtiyatsız və qeyri-insani siyasət həyata keçirməyə son qoymağa çağırırıq. Qarşılıqlı münasibətlər yalnız bərabərhüquqlu dialoq, etimad və qarşılıqlı hörmət əsasında qurulmalıdır, - parlamentin bəyanatında deyilir.

Qeyd edək ki, Rusiya ordusu Ukraynaya daxil olandan sonra Moskva ilə yanaşı Minsk də sanksiyalarla üzləşib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus   Qərb   Parlament  



Xəbər lenti