"9 günə 39 təyyarə, 40 helikopter vurmuşuq" - Ukrayna Müdafiə Nazirliyi

   "9 günə    39    təyyarə,    40    helikopter vurmuşuq" -    Ukrayna Müdafiə Nazirliyi
  05 Mart 2022    Oxunub:2137
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin ən azı 39 təyyarəsini və 40 helikopterini məhv edib. AzVision.azxəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ölkənin hava hücumundan müdafiəsi düşmən təyyarələrini məhv etməkdə və Rusiyaya məxsus texnika, canlı qüvvələrin kolonlarına hava zərbələri endirməkdə davam edir.

Daha bir Rusiya qırıcısı vurulub - FOTO
- Dünən rus ordusu 3 "Qraç" - işğalçıların "Su-25" adlandırdıqları hücum təyyarəsini itirdi. Onlardan ikisi Çerniqov vilayətində, biri isə Donetskin Volnovaxa yaxınlığında vurulub. Bundan başqa, ötən gün Rusiya işğalçı qüvvələrinə məxsus 3 helikopter də son uçuşunu həyata keçirib.

Belə ki, müharibənin doqquz günü ərzində Ukraynanın hava hücumundan müdafiəsi ən azı 39 Rusiya təyyarəsini və 40 helikopterini məhv edib . Ölkəmizin tammiqyaslı işğalından əvvəl Rusiya ordusunun Ukrayna sərhədləri ətrafında cəmləşmiş aviasiya qrupu təxminən yeddi yüz ədəd aviasiya texnikasından ibarət idi. 450-yə yaxın təyyarə və 250-dən çox helikopter! Uçun - Ukrayna torpaqları hamısını "qəbul edəcək!" - Müdafiə Nazirliyinin məumatında deyilir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Müharibə   Təyyarə  



Xəbər lenti