"Ural Hava Yolları" Azərbaycana uçuşlarını dayandırıb

   "Ural Hava Yolları" Azərbaycana uçuşlarını dayandırıb
  05 Mart 2022    Oxunub:1206
“Ural Hava Yolları” aviaşirkəti Azərbaycana martın 5-dən 26-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı aviaşirkət yayıb.

Bildirilir ki, qərar mövcud geosiyasi vəziyyətə görə verilib. Aviaşirkət mart ayında Azərbaycanla yanaşı, Ermənistana, İsrailə, BƏƏ-yə nəzərdə tutulan uçuşlarını ləğv edib.

AzVision.az



Teqlər: Təyyarə  



Xəbər lenti