Zelenskinin prezident olduğu seriala maraq kəskin artıb

   Zelenskinin  prezident olduğu seriala  maraq kəskin artıb
  05 Mart 2022    Oxunub:2507
Rusiya-Ukrayna münqaişəsi fonunda son günlər Volodimir Zelenskinin prezident olmadan öncə rol aldığı “Xalqın xidmətçisi” serialına maraq kəskin artıb.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, xarici teleşirkətlər 2015-ci ildə işıq üzü görmüş serialı kütləvi şəkildə almağa başlayıblar.
Artıq MBC (Yaxın Şərq), PRO TV (Rumıniya), Channel 4 (Böyük Britaniya) telekanalları serialı yayımlamaq hüququnu əldə ediblər.

“Bu, yetərincə köhnə şoudur. Lakin, əlbəttə ki, vəziyyəti nəzərə alaraq, hamıya maraqlı oldu. Zelenskinin oynadığı Prezident – tanınmış liderə çevrilən adi insandır. Volodimir Zelenski və Ukrayna xalqının üzləşdiyi real ssenari bu komediyadan daha ağır olsa da, real dünyadakı vəziyyətlə bağlı aydın paralellər var”, - deyə serialın yayılması ilə məşğul olan İsveçin “Eccho Rights” mediaşirkətinin idarəedici partnyoru Nikola Sederlund bildirib.

Qeyd edək ki, “Xalqın xidmətçisi” serialında təsadüfən ölkə prezidenti olmuş müəllimin hekayəsindən bəhs edilir. Ekran işində baş rolu Volodimir Zelenski oynayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti