Ukrayna XİN rəhbəri: "NATO təşkilat olaraq mahiyyət etibarilə yoxa çıxıb"

            Ukrayna XİN rəhbəri:  "NATO təşkilat olaraq mahiyyət etibarilə yoxa çıxıb"
  05 Mart 2022    Oxunub:2236
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO-nun ölkəsinə qarşı sərgilədiyi etinasız yanaşmadan gileylənib. AzVision.az xəbər verir ki, o telemarafonda çıxışı zamanı alyansın Ukrayna səmasının qapadılmasından imtinayla bağlı mövqeyini hörmətsizik kimi qiymətləndirib.
"Təəssüf ki, NATO-nun öz qərarsızlığını nümayiş etdirməsinin qiymətini biz ödəyirik, - Kuleba bildirib.

O qeyd edib ki, bu vəziyyətdə təkcə Ukrayna üçün deyil, Alyans üçün də problem yaranıb. Lakin onlar bunu hələ də dərk etmirlər.

"Biz nə havadan, nə də qurudan Ukraynaya müdaxilə edəcəyik" - Stoltenberq
- Siz min dəfə NATO kimi deyə bilərsiniz ki, onlar öz torpaqlarının hər qarışı uğrunda və NATO-nun şərq cinahını gücləndirəcəkləri üçün çıxılmaz mübarizə aparacaqlar. Amma onlar heç bir praktiki qərar qəbul etmədikdə, Rusiya görür ki, bütün bunlar adi sözlərdir. Və o, NATO-nun qorxu içində olduğunu başa düşür. Heç bir şey Rusiyanı qorxu hissi kimi motivasiya etmir, - Kuleba deyib.

Eyni zamanda o, əminliyini ifadə edib ki, ruslar dövləti qorumaqda heç nədən çəkinməyən ukraynalıların qorxmazlığından da qorxurlar.

- NATO özünü indiki kimi apardıqca, yalnız rusları ruhlandırır və onlara göstərir ki, əslində alyans əməldə deyil, sözdə güclüdür, - XİN rəhbəri vurğulayıb.

Nazir fikirlərinə onu da əlavə edib ki, Alyansda ikitərəfli səviyyədə müttəfiqlər üçün Ukraynaya hər cür kömək etməyə dair siyasi razılaşma var. Lakin NATO-nun özü bir təşkilat olaraq mahiyyət etibarilə yoxa çıxıb.

- Biz bu barədə vicdanla danışmalıyıq. Ukraynalılar aydın və vicdanla görməlidirlər ki, NATO əslində onların təsəvvür etdiyi kimi deyil. Ən azından indi belə deyil. Sabah mövqelərini dəyişsələr, o zaman afərin! Amma hələ ki, onların mövqeyi hörmət doğurmur, - Kuleba gileylənib.

Qeyd edək ki, artıq bir neçə gündür Ukrayna XİN rəhbəri və prezident Volodimir Zelenski NATO-ya ardıcıl çağırışlar edir. Onlar Rusiyanın hava zərbələrinin qarşısında aciz qalmaları səbəbindən alyansdan ölkə səmasını qapamağı xahiş edirlər. Təşkilat isə cavab olaraq belə bir addım atmayacağını bəyan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ukrayna   Rusiya  



Xəbər lenti