CNN və 2 Almaniya telekanalı Rusiyada fəaliyyətini dayandırır

 CNN və 2 Almaniya telekanalı Rusiyada fəaliyyətini dayandırır
  05 Mart 2022    Oxunub:3171
Almaniya ARD və ZDF kanalları Rusiyada fəaliyyətini müvəqqəti olaraq dayandırır.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, hər 2 media qurumunun Moskvadakı studiyaları yayımı dayandırıb. Bununla belə, media qurumlarının Rusiyada məlumat toplamağa davam edib-etməyəcəyi də məlum deyil. ARD kanalı Moskvada 1956-cı ildən fəaliyyət göstərirdi.

Oxşar addımı ABŞ-ın CNN və İtaliyanın RAİ televiziyaları da atıb.

“Bloomberg” agentliyi isə Rusiyada informasiya toplanması prosesini dayandırıb.

AzVision.az



Teqlər: CNN   Almaniya-Mediası   Rusiya  



Xəbər lenti