Ukraynanın şəhərlərində vəziyyət: 25 ev yanıb, 5 uşaq xilas edilib
O cümlədən, Ovruç şəhərində özəl sektora raket hücumu nəticəsində 5-i tamamilə olmaqla 15 fərdi yaşayış evi dağıdılıb.
"Korosten şəhərində özəl sektora raket hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 10 fərdi yaşayış evi dağıdılıb, ardınca 1 bina yanıb. Zirzəmidən 5 uşaq xilas edilib", - Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Xatırladaq ki, martın 2-də Jitomirə endirilən aviazərbə nəticəsində 2 nəfərin öldüyü, 16 nəfərin yaralandığı məlum olub.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


