Rusiyada xaricə pul transferində limit - 5 mindən artıq olmaz

   Rusiyada xaricə pul transferində limit -    5 mindən artıq olmaz
  06 Mart 2022    Oxunub:1198
Rusiyada fiziki şəxslərin hesablarından xaricə köçürmələrin aylıq məbləği 5000 ABŞ dolları məbləğində məhdudlaşdırılır. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Bildirilir ki, bu məcburi tədbirdir və ona görə edilir ki, valyuta ölkədən çıxmasın və hazırkı vəziyyətdə rublun məzənnəsinə əlavə təzyiq göstərməsin. Bu təlimat maliyyə sabitliyini təmin etmək üçün artıq qəbul edilmiş bir sıra qərarları tamamlayır.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti