Putinlə Ərdoğan telefonla danışıb: “Sülhün yolunu birlikdə açaq” - YENİLƏNİB

 Putinlə Ərdoğan telefonla danışıb:  “Sülhün yolunu birlikdə açaq” -  YENİLƏNİB
  06 Mart 2022    Oxunub:2201
"Təcili atəşkəs bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcək".
AzVision.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti zamanı deyib.

Ərdoğan danışıqlar zamanı Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduqlarını bildirib.

“Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayan Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Ukrayna tərəfi və digər ölkələrlə daim təmasda olduğunu söyləyən Ərdoğan hərtərəfli danışıqlar aparmaq, nəticə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.

***
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

AzVision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, danışıqlar bir saata yaxın davam edib.

Ərdoğan danışıqlar zamanı Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduqlarını bildirib.

Türkiyə lideri bildirib ki, təcili atəşkəs bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcək.

“Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayan Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Ukrayna tərəfi və digər ölkələrlə daim təmasda olduğunu söyləyən Ərdoğan hərtərəfli danışıqlar aparmaq, nəticə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib

***
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara başlayıb, Ukraynadakı vəziyyət müzakirə olunur. AzVision.az xəbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb.

Bundan əvvəl Türkiyə prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan bazar günü Putinlə gözlənilən danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.

"Bu dəqiqələrdə prezident Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışıqları başlayıb. Ukraynadakı vəziyyət müzakirə olunur. Türkiyə liderinin ofisindən açıqlama gözlənilir", - deyə telekanal bildirib.

AzVision.az


Teqlər: Putin   Ərdoğan  



Xəbər lenti