Rusiya Ukraynada hərbi aerodromu vurub

   Rusiya Ukraynada hərbi aerodromu vurub
  06 Mart 2022    Oxunub:1522
Rusiya ordusu Ukraynanın "Starokonstantinov" aerodromunu uzaqmənzilli dəqiq silahların köməyi ilə vurub. AzVision.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
"Ukrayna Hərbi Hava Qüvvələrinin "Starokonstantinov"dakı aerodromu sıradan çıxarılıb", - deyə o bildirib.

Bundan əlavə, Konaşenkov bildirib ki, xüsusi əməliyyat başlayandan Rusiya qoşunları Ukraynada 2200-dən çox hərbi infrastruktur obyektini məhv edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Rusiya  



Xəbər lenti