Qara dəniz üzərində Rusiya təyyarəsi vuruldu

   Qara dəniz üzərində    Rusiya təyyarəsi vuruldu
  06 Mart 2022    Oxunub:1274
Odessa Vilayət Hərbi Administrasiyasının Operativ Qərargahının spikeri Sergey Bratçuk Ukrayna hərbçilərinin Qara dəniz üzərində Rusiyanın daha bir təyyarəsini vurduğunu təsdiqləyib.
Bildirilib ki, bununla da 11 günlük müharibə ərzində Rusiyaya məxsus 45 təyyarəni Ukrayna hərbçiləri vurublar.

Bundan əlavə, 2022-ci il martın 5-nə olan vəziyyətə görə Ukraynada 11 mindən çox rus hərbçisi ölüb. Rusiyanın 285 tankı, 985 zirehli döyüş maşını, 109 artilleriya sistemi, 44 təyyarə və 48 helikopteri sıradan çıxarılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti