Putin Ukraynada müharibənin dayandırılmasının şərtlərini açıqladı

  Putin Ukraynada müharibənin dayandırılmasının şərtlərini açıqladı
  06 Mart 2022    Oxunub:2157
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Ukraynadakı əməliyyatın dayandırılmasının şərtlərini açıqlayıb.
Putin Ərdoğanla telefon danışığı zamanı bildirib ki, Kiyev Rusiyanın tələblərinə əməl edəcəyi təqdirdə Ukraynada xüsusi əməliyyatın dayandırılması mümkün olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin həmçinin bildirib ki, zəruri şərt Ukrayna Silahlı Qüvvələri tərəfindən döyüş əməliyyatlarının dayandırılmasıdır.

"Rusiya silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi həyata keçirir, zərbələr yalnız hərbi infrastruktur obyektlərinə endirilir", - Kremlin yaydığı məlumatda deyilir.

Rusiya prezidenti ümid edir ki, danışıqların növbəti raundu zamanı Ukrayna nümayəndələri yaranan reallıqları nəzərə alaraq daha konstruktiv yanaşma nümayiş etdirəcəklər.

Bundan əlavə, Rusiya lideri Türkiyə vətəndaşlarının hərbi əməliyyatların aparıldığı bölgələrdən təhlükəsiz şəkildə təxliyyəsi üçün yardım göstərəcəyini vəd edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər: Putin  



Xəbər lenti