"Rusiya təxribat etməyə hazırlaşır" - Ukrayna

   "Rusiya təxribat etməyə hazırlaşır" -    Ukrayna
  06 Mart 2022    Oxunub:1210
"Ukraynaya hərbi müdaxilənin faktiki məğlubiyyəti kontekstində Rusiya sərhədə yaxın Rusiya şəhərlərinin yaşayış məntəqələrini atəşə tutmağa və buna görə Ukrayna hərbçilərini günahlandırmağa hazırlaşır". Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
“Bu, Kreml elitasının planına görə, Rusiyada ümumi səfərbərlik elan etmək üçün əsas kimi istifadə olunacaq. Rusiya şəhərlərində təxribatlar dinc əhali arasında çoxsaylı itkilərlə müşayiət olunacaq.Belə ssenarilərdən Əfqanıstan, Çeçenistan və Abxaziyada hərbi əməliyyatlar üçün bəhanə kimi istifadə edib".

Ukraynalıları yalnız təsdiqlənmiş məlumatlara etibar etməyə çağırıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti