Rusiya Vinnitsa hava limanını raketlə vurdu - Dinc sakinlər və hərbçilər ölüb
AzVision.az xəbər verir ki, bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib.
Vinnitsa vilayət hərbi administrasiyasının sədri Sergey Borzov bildirib ki, hava limanına raket hücumu nəticəsində həm mülki əhali, həm də hərbçilər arasında ölənlər var.
"Aeroportun həm mülki, həm də hərbi hissələrinə ziyan dəyib. Qüllə və idarəetmə məntəqəsi tamamilə dağılıb. Təəssüf ki, dinc sakinlər və hərbçilər arasında həlak olanlar var. Fövqəladə Hallar Dövlət Xidməti dağıntıları aradan qaldırmağa çalışır. Qurbanların sayı dəqiqləşdirilir".
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


