Zelenski Putinlə birbaşa danışıqlara hazırdır - Prezident Aparatı

   Zelenski Putinlə birbaşa danışıqlara hazırdır -    Prezident Aparatı
  06 Mart 2022    Oxunub:1430
Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Andrey Sibiqa qeyd edib ki, prezident Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır. AzVision.az xəbər verir ki, o, bu barədə telemarafon zamanı bildirib.
"Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ barədə danışmaqdan çəkinmir. Təbii ki, heç bir ultimatum olmadan və qətiyyətlə",- Sibiqa vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti