"Siz fikirləşirsiniz, ruslar isə hava limanlarımızı məhv edir" - Podolyak

 "Siz fikirləşirsiniz, ruslar isə hava limanlarımızı məhv edir" -  Podolyak
  07 Mart 2022    Oxunub:1843
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Qərb tərəfdaşlarına müraciət edib. O, bununla bağlı Tvitter-də paylaşım edib.
"Düzgün qərbli tərəfdaşlarımız! Nə qədər ki, siz fikirləşirsiniz, rus qoşunları bizim bütün hava limanlarımızı məhv etməyə çalışır. Onlar istəyir ki, bizim hansısa təyyarəmiz olmasın və özümüz səmanı bağlaya bilməyək. Məqsədləri odur ki, sonradan dinc şəhərləri bombalaya və dinc insanları öldürə bilsinlər”, - Podolyak yazıb.

O, həmçinin soruşub ki, tərəfdaşlar bunu televizorlarında görmək istəyirlərmi?



AzVision.az




Teqlər:



Xəbər lenti