“TikTok” Rusiyada fəaliyyətini dayandırdı

      “TikTok”    Rusiyada fəaliyyətini dayandırdı
  06 Mart 2022    Oxunub:1264
Çinin TikTok sosial şəbəkəsi Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.
Təşkilat bunu Rusiyada qəbul edilmiş “saxta” xəbərlər haqqında yeni qanuna görə etdiyini izah edib.

“Ən yüksək prioritetimiz əməkdaşlarımızın və istifadəçilərimizin təhlükəsizliyidir və Rusiyanın yeni “saxta xəbərlər” qanunu fonunda bizim video xidmətimizdə canlı yayımı və yeni məzmunun yerləşdirilməsini dayandırmaqdan başqa seçimimiz yoxdur. Biz bunun təhlükəsizlik nəticələrini nəzərdən keçirərkən. Bizim mesajlaşma xidmətimiz təsirlənməyəcək”, - deyə şirkətin açıqlanmasında vurğulanıb.

Martın 4-də Rusiyada “Facebook” sosial şəbəkəsinin bloklandığı barədə məlumat yayılıb. Bu addımı "Roskomnadzor" sosial şəbəkədə Rusiya mediasına girişə qoyulan məhdudiyyətlərə cavab olaraq atıb. Bundan əlavə, Donbasın mühafizəsi üzrə keçirilən xüsusi əməliyyatla bağlı etibarsız materialların yayılması səbəbindən ölkədə Twitter-ə girişi məhdudlaşdırıb.

Martın 4-də Rusiya prezidenti Vladimir Putin Rusiya ordusu ilə bağlı saxta xəbərlərin dərcinə görə cəzaları sərtləşdirən qanun imzalayıb. Buna görə maksimum cəza 15 ilə qədər həbs ola bilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti