"Alçaqları tapacağıq, onlara məzardan başqa sakit yer olmayacaq" - Zelenski + VİDEO

  "Alçaqları tapacağıq, onlara məzardan başqa sakit yer olmayacaq" -     Zelenski  + VİDEO
  07 Mart 2022    Oxunub:2095
"Bu gün Bağışlanan Bazar günüdür. Hamımızın bir-birimizdən, Allahdan bağışlanmağımızı dilədiyimiz gündür. Amma deyəsən, çoxları bu günü xatırlamayıb".

AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yeni müraciətlə çıxışı zamanı deyib.
"Biz Oxmatdet üzərində hava hücumundan müdafiə sistemimizin vurduğu raketi, atəşə tutulan yaşayış binalarını, Ukraynadakı torpaqlarımızı vuran 500-dən çox belə raketi bağışlamayacağıq.

Biz silahsız insanların güllələnməsini , infrastrukturumuzun dağıdılmasını bağışlamayacağıq. Biz yüzlərlə, yüzlərlə qurbanı, minlərlə əziyyəti bağışlamırıq. Və Allah da bağışlamayacaq. Bağışlananmaq yerinə qiyamət günü olacaq.

Neçə ailə ölüb? Biz bağışlamayacağıq. Biz unutmayacağıq. Bu müharibədə vəhşilik edən hər kəsi cəzalandıracağıq. Şəhərlərimizə, xalqımıza atəş açan hər bir alçağı tapacağıq. Bu yer üzündə sizin üçün məzardan başqa heç bir sakit yer olmayacaq””, - deyə Zelenski bildirib.




Şahanə Rəhimli

AzVision.az


Teqlər:



Xəbər lenti