Rusiya-Ukrayna danışıqlarının 3-cü raundu keçiriləcək

   Rusiya-Ukrayna danışıqlarının    3-cü raundu    keçiriləcək
  07 Mart 2022    Oxunub:1560
Bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək. AzVision.az xəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.
Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.

AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti