ATƏT Ukraynadan çıxır

   ATƏT Ukraynadan çıxır
  07 Mart 2022    Oxunub:1359
ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır.
AzVision.az xəbər verir ki, bu barədə Xüsusi Monitorinq Missiyasının hesabatında deyilir. Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkədən gediblər.

Belə ki, əvvəllər Kramatorsk və Severodonetskdə yerləşən missiyanın yerli üzvlərinin yerdəyişməsi davam edir, əvvəllər Mariupolda yerləşdirilənlərin yerdəyişməsi təhlükəsizlik baxımından təxirə salınıb. Missiyanın yerli üzvlərinin daha bir karvanı Kiyevdən hərəkətə başlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.

AzVision.az


Teqlər: ATƏT  



Xəbər lenti