Ukraynada sükut rejimi: Humanitar dəhlizlər açılır

   Ukraynada sükut rejimi:    Humanitar dəhlizlər açılır
  07 Mart 2022    Oxunub:1508
Rusiya Ukraynada sükut rejimi tətbiq edəcək.
AzVision.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sükut rejimi bu səhər Moskva vaxtı ilə saat 10:00-da qüvvəyə minir. Bildirilib ki, humanitar dəhlizlər Fransa Prezidenti Emmanuel Makronun xahişi əsasında açılır:

"Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putindən şəxsi xahişi əsasında Kiyev, Xarkov, Sum, Mariupol şəhərlərində humanitar vəziyyətin fəlakət həddində olduğu nəzərə alınaraq Rusiya Silahlı Qüvvələri martın 7-də saat 10.00-dan sükut saatı və humanitar dəhlizin açılmasını elan edir", - məlumatda bildirilib.

Mülki əhali Kiyev, Mariupol, Xarkov və Sumı şəhərlərini tərk edə biləcək.

AzVision.az


Teqlər: Rusiya   Ukrayna  



Xəbər lenti