Ruslar dərman paylayan şəhər merini güllələdilər

 Ruslar dərman paylayan  şəhər merini güllələdilər
  07 Mart 2022    Oxunub:1620
Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin meri Yuri Prilipko ölüb. AzVision.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb. Bildirilib ki, Yuri Prilipko və tabeliyindəki iki nəfər sakinlərə humanitar yardım və dərman preparatları payladıqları zaman Rusiya hərbçilərinin açdığı atəş nəticəsində qətlə yetiriliblər.
Qeyd edək ki, Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbəsidir. 2022-ci il martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən “Qəhrəman şəhər” fəxri adına layiq görülüb.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti