BDU-nun yolu nə vaxt açılacaq?

BDU-nun yolu nə vaxt açılacaq?
  11 Aprel 2014    Oxunub:2578
“Bakı Dövlət Universiteti istiqamətinə gedən yolun nə vaxt açılacağı məlum deyil”.
Metronun `Elmlər Akademiyası` stansiyasından Akademik Zahid Xəlilov küçəsi ilə Bakı dövlət Universitetinə gedən yol bağlı olaraq qalır. Yolun nə vaxt açılacağı dəqiq məlum deyil. Bunu AzVision.az-a açıqlamasında Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva deyib.

Metropoliten rəsmisi bildirib ki, sözügedən yolda tikinti işləri hələ bir müddət davam edəcək.

Qeyd edək ki, yolun bağlı olması “Elmlər Akademiyası” metro stansiyasının ikinci çıxışında aparılan təmir işləri əlaqədardır.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti