Kreml əməliyyatların dayandırılma şərtlərini açıqladı

   Kreml    əməliyyatların dayandırılma şərtlərini   açıqladı
  07 Mart 2022    Oxunub:2372
"Kiyev Moskvanın şərtlərinə əməl edərsə, xüsusi əməliyyatı hər an dayandıra bilər".

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Kreml sözçüsünə görə, Ukrayna Konstitusiyaya dəyişiklik etməli və “istənilən bloka” qoşulmaq iddialarından əl çəkməlidir. Bundan əlavə, Ukrayna Krımı Rusiyanın ərazisi kimi, qondarma DXR və LXR-in isə müstəqilliyini tanımalıdır.

AzVision.az



Teqlər: Kiyev   Moskva  



Xəbər lenti