BMT Ukraynada ölən mülki şəxslərin sayın açıqladı

   BMT Ukraynada ölən mülki şəxslərin sayın açıqladı
  07 Mart 2022    Oxunub:1048
Ukraynada fevralın 24-dən bəri ən azı 1207 mülki şəxs ölüb və ya yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə Cenevrədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, mülki itkilərin əksəriyyəti uzaqmənzilli silahlardan istifadə, ağır artilleriya və çoxsaylı reaktiv sistemlərdən atəşə tutulma, həmçinin raket və hava zərbələri nəticəsində baş verib.

“Fevralın 24-ü səhər saat 04:00-dan (yerli vaxtla) martın 6-sı saat 24:00-a qədər İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) İdarəsi Ukraynada 1207 mülki itki qeydə alıb. Onlardan 406 nəfəri ölüb, 801 nəfər yaralanıb”, - məlumatda deyilir.

AzVision.az


Teqlər: Ukrayna  



Xəbər lenti