Bayden Avropa liderləri ilə Ukraynanı müzakirə edəcək

Bayden Avropa liderləri ilə Ukraynanı müzakirə edəcək
  07 Mart 2022    Oxunub:1059
ABŞ prezidenti Co Bayden bazar ertəsi Fransa, Almaniya və Britaniya liderləri ilə Ukraynadakı hadisələri müzakirə edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezident Fransa prezidenti (Emmanuel) Makron, Almaniya kansleri (Olav) Şolts və Böyük Britaniyanın baş naziri (Boris) Conson ilə təhlükəsiz video konfrans zamanı Rusiya və Ukrayna ilə bağlı son hadisələri müzakirə edəcək”, - Baydenin iş cədvəlində deyilir.

Müzakirə Vaşinqton vaxtı ilə saat 10:30-a (Bakı vaxtı ilə 19:30) planlaşdırılır.

AzVision.az


Teqlər: Bayden  



Xəbər lenti