ABŞ Ukrayna üzərində uçuşa qadağa zonasının əleyhinədir

   ABŞ Ukrayna üzərində uçuşa qadağa zonasının əleyhinədir
  07 Mart 2022    Oxunub:1251
“Vaşinqton Ukraynada hərbi əməliyyatları genişləndirməkdənsə, tezliklə son qoymağa çalışır və hesab edir ki, ölkə üzərində uçuşa qadağa zonasının yaradılması Rusiya ilə Qərb dövlətləri arasında birbaşa münaqişə yaratmaq təhlükəsi yaradır”. AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
“Uçuş qadağan zonası o deməkdir ki, Rusiya təyyarələri bu elan edilmiş zonanı pozarsa, biz onları vuracağıq. Bu, bizim ölkələrimizlə Rusiya arasında birbaşa münaqişənin ciddi riskini ehtiva edir”, - deyə o bildirib.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rəsmi Kiyevin tərəfdaşlarını Ukraynanın hava məkanını bağlamağa çağırıb. Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrinə hücum etməyə cəsarət etməyəcəyinə inananlar xatırlamalıdırlar ki, onlar da Kremlin Ukrayna ilə birbaşa müharibəyə başlamaq planlarına inanmırdılar.


AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti