Nissan Sankt-Peterburqdakı zavodunu bağlayır

Nissan Sankt-Peterburqdakı zavodunu bağlayır
  07 Mart 2022    Oxunub:1114
Avtomobil istehsalçısı Nissan, Sankt-Peterburqdakı zavodunun yaxın günlərdə bağlanacağını elan edib.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Rusiyadakı fəaliyyətə gəlincə, avtomobillərin Rusiyaya ixracı artıq dayandırılıb, (indi də) yaxın günlərdə Sankt-Peterburqdakı zavodun fəaliyyətinin dayandırılması planlaşdırılır”, - məlumatda deyilir. Bundan əlavə, avtomobil istehsalçısı Ukraynaya 2,5 milyon avro məbləğində humanitar yardım göstərəcək.

Daha əvvəl bildirilmişdi ki, avtomobil istehsalçısı yapon işçilərinə Rusiyanı tərk etməyi tapşırıb.


AzVision.az



Teqlər: Nissan  



Xəbər lenti