ÜST: “Yeni növ koronavirus yarana bilər”

      ÜST:    “Yeni növ koronavirus yarana bilər”
  07 Mart 2022    Oxunub:1419
SARS-CoV-2-nin heyvanlar arasında yayılması insanlar üçün təhlükə yaradan yeni bir növ koronavirusun yaranmasına kömək edə bilər. Ona görə də ölkələr bu infeksiyanın insandan heyvana keçmə riskini azaltmağa çalışmalıdırlar.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) dünya ictimaiyyətinə müraciətində deyilir.

Cenevrədə yayımlanan birgə bəyanatda onlar yeni (koronavirus) variantının ortaya çıxma ehtimalını azaltmaq, insanı və vəhşi təbiəti qorumaq üçün SARS-CoV-2-nin insandan vəhşi təbiətə ötürülməsi riskini azaltmaq üçün addımlar atmağa çağırıblar. Qeyd olunub ki, ABŞ-da ağ quyruqlu maralların üçdə biri SARS-CoV-2-yə yoluxub. Üstəlik, infeksiya insanlardan keçib.

Üç təşkilat vurğulayıb ki, mövcud olan dəlillər ət istehlakı nəticəsində insanlar SARS-CoV-2 virusuna yoluxmur. Bununla belə, onlar ovçulara xəstəlik əlamətləri olan heyvanları təqib etməməyi, ət kəsimi və hazırlanması ilə məşğul olan mütəxəssislərin koronavirusun yayılma riskini azaltmaq üçün gigiyena tələblərinə əməl etmələrini tövsiyə ediblər.

AzVision.az


Teqlər: ÜST   Koronavirus  



Xəbər lenti