Fransada prezident seçkilərində 12 namizəd iştirak edəcək

   Fransada prezident seçkilərində    12 namizəd    iştirak edəcək
  07 Mart 2022    Oxunub:1151
Fransada aprel ayına təyin edilmiş prezident seçkiləri üçün 12 namizədin siyahısı Respublika Konstitusiya Şurasının sədri Loran Fabius tərəfindən təsdiqlənərək elan edilib.
AzVision.az xəbər verir ki, ümumilikdə ilkin olaraq 65 nəfər seçkilərdə iştirak etmək arzusunda olduğunu bəyan edib.

“Biz 500-dən çox imza toplayanları seçdik, ümumilikdə onlardan 12 nəfər var", - Fabius bildirib.
Konstitusiya Şurasının sədri xatırladıb ki, seçkilərin birinci turu aprelin 10-na, ikinci turu isə aprelin 24-nə təyin edilib.

AzVision.az



Teqlər: Fransa   Seçki  



Xəbər lenti