Britaniya XİN: “Rusiya Avropanın təhlükəsizlik arxitekturasını məhv edib
“O, Avropada təhlükəsizlik arxitekturasını darmadağın etdi. Və o, nəinki bunu etdi, həm də bütün dünyaya şok dalğaları göndərdi. Buna görə də Cənubi Koreya, Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bu, təkcə Avropaya dağıdıcı təsir göstərmir, həm də dünyadakı təcavüzkarlara siqnallar verir”, - nazir İcmalar Palatasının parlament komitəsinin iclasında çıxış edərkən deyib.
Nazir həmçinin bildirib ki, o, Yeni Dehlini Moskvanı qınamağa qoşulmağa çağırıb: “Mən Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə danışdım və Hindistanı Rusiyaya qarşı çıxmağa çağırdım və açıq şəkildə bildirdim ki, biz bu Rusiyanın hərbi əməliyyatını suverenliyin pozulması kimi qiymətləndiririk”.
AzVision.az
Teqlər: Britaniya







Vaxtında, Aydın, Lazımlı!


